20 yanvar şəhidlərini anma mərasiminin 25 illiyinə həsr olunmuş tədbirə dəvət olunmuşdum. Tədbiri Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 saylı məktəbin ibtidai sinif müəlliməsi Sevil Əmrahova hazırlamışdı və məni də o dəvət etmişdi. Başqa qonaqlar da dəvətliydi. Tədbirdən öncə başımda bir çox suallar var idi. Düşünürdüm ki, görəsən bizim məktəblərdə vətənpərvərlik hansı səviyyədədir?
Tədbir başladı, ibtidai sinif şagirdləri 20 yanvar şəhidlərimizə həsr olunmuş iki saatlıq bir kompazisiya hazırlamışdılar. Elə bir giriş etdilər ki, ilk andan bizi öz təsirləri altına aldılar. Başqalarını bilmirəm, mən gözümün yaşını tuta bilmədim və tədbirin sonuna qədər də gözüm yaşlı idi. Necə bir həyacala o gecəni anladırdılarsa, mən o günlərə qayıtdım. Nəfəsimizi tutaraq onları dinləyirdik. Onlar şəhidlərimiz üçün təkcə şeir oxumurdular, həm də o günlərin acısını o kiçik ürəklərində də hissedib, yaşayırdılar. Hələ balaca qızımız Məcidli Güləndam vətən deyə haykıranda ağladı və hamımızı ağlatdı. Elə bir Vətən və Azərbaycan deyişi vardı ki, sanki vətəni çiyinlərinə almışdı. Hələ titrək səsiylə şəhidlərimizə şeir oxuyan Əmrahova Aytac bizi çox duygulandırdı. Digər şagirdlər də o qədər möhtəşəm bir duruş səgilədilər ki, şəxsən mən onlarla qürur duydum. Məktəbin direktoru, Teyyubə Hüseynova, Abşeron rayon təhsil idarəsinin müdürü Nadir Ağayev də tədbirdə iştirak edirdilər. Nadir müəllim çıxışında bu gün həm də bizim qəhrəmanlıq günümüzdür dedi.
Mənə də söz verdiler. İlk dəfə idi ki, danışmağa çətinlik çəkirdim. Danışacaq birşey qalmamıştı. Bu balaca uşaqlar hazırladıqları gözəl və mənalı tədbirdə zatən hər şeyi demişdilər və bizə də onlarla qürur duyma hissni yaşatmışdılar. Mən sadəcə, bizim övladlarımızı vətənpərvərlik hissi ilə yetişdirən, tarixi gerçəkləri onlara öyrədən, torpağını və millətini sevməyi onlara aşılayan, başda məktəb direktoru əməktar müəllim Teyyubə Hüseynova olmaqla belə gözəl bir tədbir hazırlayıb bizi dəvət edən Sevil Əmrahava və əməyi keçən hər kəsə təşəkkür etdim. Çox böyük qürur hissi ilə onlardan ayrıldım və içimdə Azərbaycanımızın gələcəyindən dolayı bir hüzur var idi. Belə gözəl bir nəsil yetişdirən müəllimlərimiz olduqca bu millətin Qarabağı azad edəcək qəhrəmanları da hər zaman var olacaq.
İnterpress.az