Şagirdi oğurlayan 3 nəfəri Ucar polisi isti izlərlə saxlayıb. Hadisə Ucar rayon Yuxarı Şilan kəndində baş verib. Belə ki, kənd sakini 16 yaşlı Minəxanım Mikaylova məktəbə gedərkən oğurlanıb.
Həmin kənd sakini Əfsuz Allahverdiyev və onunla birlikdə iki xalası oğlu qızı soncuya məxsus olan avtomabilə məcburi mindirrərək naməlum istiqamətə aparıblar. Qızının qaçırıldığını bilən atası Nizami Mikayılov dərhal DİN-nin 102 qaynar xəttinə və Ucar rayon polis şöbəsinə məlumat verib.
Məlumata görə, Ə.Allahverdiyev 11-ci sinif şagirdini evlənmək məqsədi ilə qonşu rayona qaçırıb. O, polisin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Zərdab rayon istiqamətinə gedərkən saxlanılıblar.
Əfsuz Allahverdiyevin sözlərinə görə, onların əvvəldən də qohumluq əlaqəsi olub. Valideynlərini qaçırdığı qız üçün el adəti ilə eçli göndərsə də Minəxanımın atası razılıq verməyib. Razılıq olmadığını görən Əfsuz xalası oğlu Yuxarı Şilyan kənd sakini Rusif Dadaşov və onun qardaşı Hüseyn Dadaşovla Minəxanımı qaçırtmaq qərarına gəlib.
Tutduğu əməldən peşmaçılıq hissi keçirdən Əfsuz qızın valideynlərindən üzr istəyib.
Faktla bağlı Ucar rayon polis şöbəsində AR CM-nin 144.2.3 və 144.3-cü maddələri (Adam oğurluğu) cinayət işi başlanılıb və Ucar rayon Məhkəməsinin qərari ilə hər üç şəxsin barəsində 4 ay müddətində həbs qəti imkan tədbiri seçilib, hazirda istintaq aparılır. ( anspress.com)
İnterpress.az