20 yanvarda gözlənilən hava şəraitibackend

20 yanvarda gözlənilən hava şəraiti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gündüz hava şəraiti buludlu olacaq, arabir açılacaq, əsasən yağmursuz keçəcək, cənub-qərb küləyi əsəcək. Axşam dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir, bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun səhər 4-6, gündüz 7-11 dərəcə isti, axşam 4 dərəcəyədək isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 85-95, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında Yanvarın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 20-21-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti və meteoroloji amillərin zəif, mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İnterpress.az