İnterpess.az xəbər verir ki, Braziyanın insanların sıx yaşadığı regionlarında 1930-cu ildən bu yana ən quraq dövrü yaşanır. Bu barədə ölkənin Ətraf Mühit naziri İzabella Teyşeyra məlumat verib.
Nazir San-Paulu, Rio-de-Janeyro və Minas Jerays ştatlarında içməli suya qənaət edildiyini bildirib. O, ölkədəki vəziyyəti “narahatedici” sayıb.
Quraqlıqdan ən çox kənd təsərüffatı ziyan çəkir. Bu da Braziliya iqtisadiyyatında özünü göstərəcək.Bundan əlavə quraqlıq elektrik enerjisinin istehsalını da azaldıb ki, bu da öz növbəsində iqtisadiyyatın digər sahələrində özünü göstərir.
İnterpress.az