Göyçayda ağır qəza: Yük maşını piyadanı vurdubackend

Göyçayda ağır qəza: Yük maşını piyadanı vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Göyçay şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Göygöl rayon sakini, 1969-cu il təvəllüdlü Rəhimov Etibar Kamal oğlu idarə etdiyi 90-JX-529 dövlət nömrə nişanlı “Hyundai” markalı yük avtomobili ilə yolu keçən piyadanı, Göyçay şəhər sakini 1946-cı il təvəllüdlü Babayev Mirəli Mirhüseyn oğlunu vurub.

Ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Mirəli Babayev orada dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.