İlkin məlumatlara görə, otelin təhlükəsizlik xidmətinin 3 əməkdaşı öldürülüb. Silahlıların bəzi otel müştərilərini girov götürdükləri deyilir. İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, “Corinthia” otelinin qarşısında bomba yüklü maşın partladıqdan sonra silahlılar otelə giriblər. Təhlükəsizlik əməkdaşlarının da bu partlamada öldürüldüyü istisna edilmir.
Otelin müştəriləri əsasən avropalı və türkiyəli turistlərdir.
İnterpress.az