İnterpress.az xəbər verir ki, bu barədə ordunun baş qərargahının mətbuat xidmətinin rəhbəri Vladislav Seleznyov bildirib:“Antiterror əməliyyatları nəticəsində silahlıların aviatexnikası məhv edilib. Bu seperatçıların lovğalandığı texnika idi. Onlar aviasiyalarını göstərib deyirdilər ki, bizim qüvvələri məhv edəcəklər”.
Ukrayna Müdafiə Nazirliyindən bildirilib ki, silahlı qüvvələr seperatçıların 4 tankı, 9 zirehli maşını, 4 “Smerç”, 12 “Qrad” artilleriya qurğuları, 18 hərbi avtomobili, 1 L-39, 1 YAK-52, 2 AN-2, 2 YAK-50 təyyarəsi və 4 Mİ-24 helikopteri məhv edilib.
İnterpress.az