BDM-in təşkilatçılığı ilə Türkiyədə Beynəlxalq Turizm Sərgisində Naxçıvan stendi nümayiş etdirildi.backend

BDM-in təşkilatçılığı ilə Türkiyədə Beynəlxalq Turizm Sərgisində Naxçıvan stendi nümayiş etdirildi.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk olaraq 25 sentyabr tarixində İğdırda Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq gül dəstələri qoyulub. Sonra İğdırın Daşburun qəsəbəsində Azərbaycan xalqının qəhrəman oğullarından Kərbəlayi İsmayıl Çimənin məzarı ziyarət edilib. Kərbəlayi İsmayılın məzarı üstündə əsrin əvvəllərində ermənilərin Azərbaycanda və Türkiyənin bu bölgələrində dinc insanlara qarşı həyata keçirdiyi silahlı hücumlar və buna qarşı Kərbəlayi İsmayılın apardığı mübarizə haqqında çıxışlar edilib. Daha sonra İğdırda Soyqırım muzeyi qarşısında BDM Əsilsiz Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİM-DER) ilə birgə Türkiyə mətbuatına açıqlama verib. BDM sədri İsmayıl Ağayev türk mediasına açıqlamasında Ermənistanda fəaliyyət göstərən Metsamor AES-nın bölgə üçün törətdiyi ağır ekoloji fəsadlar haqqında bəyanat verib.

BDM-in təşkilatçılığı ilə Türkiyədə Beynəlxalq Turizm Sərgisində Naxçıvan stendi nümayiş etdirildi.

BDM nümayəndə heyəti daha sonra Van şəhərində tədbirlərə start verib. Naxçıvan MR Turizm Departamenti ilə birgə “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi”ndə Naxçıvan stendi qurulub. 16 ölkədən 350 şirkətin qatıldığı sərgidə “Naxçıvan MR stendi” və İrəvan xanlığının bayrağı iştirakçıların və ziyarətçilərin böyük marağına səbəb olub. Stenddə Naxçıvan MR –da yerləşən tarix-mədəniyyət abidələrinin fotoşəkilləri nümayiş etdirilib və Naxçıvanda istehsal olunan məhsullar sərgilənərək onlar haqqında geniş məlumat verilib. Sərgidə müğənni Günay Bəylərqızı Azərbaycan və Türk mahnılarının yer aldığı bədii proqramla çıxış edib. Qeyd edək ki, əvvəlki illərdə keçirilən 9 sərgidə Ermənistan öz stendi ilə təmsil olunub. Azərbaycanın isə ilk dəfə təmsil olunduğu “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi”ndə Ermənistan iştirak etməkdən imtina edib. Sərgidə Naxçıvan stendini Van, Antalya, İzmir şəhər valiləri, Ərzurum, Tokat, Bitlis, Mardin, Trabzon, Rize, Bingöl şəhərlərinin Turizm və Kültür müdirləri, eyni zamanda AKP Van şəhər təşkilatının sədri, Çaldıran və Edremit bələdiyyə sədrləri, Təbrizdən Turizm şirkətlərinin rəhbərləri və çoxsaylı müxtəlif bölgələrdən gələn iştirakçılar Naxçıvan stendini ziyarət edərək, xatirə şəkli çəkdirib Azərbaycan və Naxçıvan MR haqqında məlumat əldə ediblər.

BDM-in təşkilatçılığı ilə Türkiyədə Beynəlxalq Turizm Sərgisində Naxçıvan stendi nümayiş etdirildi.

BDM nümayəndə heyəti səfər proqramı çərçivəsində “Van Yüzüncü Yıl” Universitetində və Çaldıran şəhər bələdiyyəsində də görüşlər keçirib. Görüşlərdə BDM sədri İsmayıl Ağayev, BDM sədr müavini Samir Adıgözəlli, ASİM-DER sədri Göksəl Gülbəy, TÜMKİAD Van şəhər təşkilatının sədri Müslim Birdal iştirak ediblər.

BDM-in təşkilatçılığı ilə Türkiyədə Beynəlxalq Turizm Sərgisində Naxçıvan stendi nümayiş etdirildi.

BDM və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə həyata keçirilən layihə Türkiyədə fəaliyyət göstərən Əsilsiz Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİM-DER) və Tüm Kalkınma İşadamları və Girişimcilər Dərnəyi (TÜMKİAD) yaxından iştirak etmiş və dəstək vermişdir.

Layihəyə naxcivanxeberleri.com xəbər saytı informasiya dəstəyi göstərmişdir.

BDM mətbuat xidməti

BDM-in təşkilatçılığı ilə Türkiyədə Beynəlxalq Turizm Sərgisində Naxçıvan stendi nümayiş etdirildi.

BDM-in təşkilatçılığı ilə Türkiyədə Beynəlxalq Turizm Sərgisində Naxçıvan stendi nümayiş etdirildi.