Cəlilabad sakinini həyat yoldaşının gözü qarşısında bıçaqladılarbackend

Cəlilabad sakinini həyat yoldaşının gözü qarşısında bıçaqladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə ötən gecə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Qızının ad gününə hazırlaşan Göytəpə şəhər sakini, 38 yaşlı Mirqoşqar Mürsəlov həyat yoldaşı ilə mağazadan bazarlıq edib evə qayıdarkən bir neçə şəxs tərəfindən döyülərək bıçaqlanıb. Yaxınlarının köməyi ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılan M. Mürsəlova ilk tibbi yardım göstərildikdən sonra cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Cəlilabad Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, faktla bağlı hələlik heç kim saxlanmasa da, M. Mürsəlova xəsarət yetirmiş şəxslərin kimliyi artıq məlumdur.

Onların istintaqa cəlb olunması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

İnterpress.az