Prosesdə qərar elan edilib. Qərara görə, D.Əhmədovun cəzası 9 ildən 8 ilə endirilib.
Qeyd edək ki, D. Əhmədov həyat yoldaşı Gövhər Əhmədovanı mübahisə zəminində boğaraq öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Dilavər Əhmədov apelyasiya şikayəti verib.
Onu da qeyd edək ki, Dilavər Əhmədov əvvəllər polis nəfəri vəzifəsində işləyib.
İnterpress.az