Hadisə Yusif Vəzir Çəmənzəmənli küçəsi – 106, mənzil 44 də qeydə alınıb.
Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Qurban Əflatun oğlu Kazımov aralarında yaranan münaqişə zəminində keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Nübar Cümə qızı Muradovanı qətlə yetirib. Q. Kazımov hadisədən sonra damarını doğrayaraq intihara cəhd edib. Q. Kazımov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. ( apa )
İnterpress.az