Yaponiya İŞİD-ə qarşı ordu göndərmək istəyirbackend

Yaponiya İŞİD-ə qarşı ordu göndərmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya baş naziri Şinzo Abe orduya ölkə xaricində təhlükədə olan vətəndaşları xilas etmək üçün əməliyyat keçirmək səlahiyyətinin verilməsini istəyib. İnterpress.az xəbər verir ki, baş nazir bunu İŞİD tərəfindən əsir alınan jurnalist Kenji Qotonun öldürülməsindən sonra parlamentdəki komissiya iclasında deyib.

Yaponiyanın İkinci Dünya Savaşından sonra qəbul etdiyi pasifist konstitusiya ordunun ölkə xaricində əməliyyatlar keçirməsini məhdudlaşdırır. Yaponiya hökuməti silahlı qüvvələrə məhdudiyyəti azaltmaq üçün bəzi təklifləri parlamentə təqdim etməyə hazırlaşır.

İnterpress.az