Mingəçevirdə ağır qəzabackend

Mingəçevirdə ağır qəza

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb.

Mingəçevir sakini Eyyubov Vüsal Şahməddin oğlunun idarə etdiyi 45- BD-408 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn Hüseynov Azər Əbülfət oğluna məxsus 90-EV-135 dövlət nömrə nişanlı “Honda CRV” markalı maşınla toqquşub. “Honda” markalı avtomobilin sürücüsü isə zərbənin təsiri nəticəsində idarəetməni itirərək yolun kənarındakı səkiyə çıxaraq Mingəçevir Mərkəzi şəhər Xəstəxanasının hasarına çırpılıb.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Güclü toqquşma nəticəsində “VAZ 21011” markalı avtomobil tamamilə yararsız hala düşüb.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

İnterrpess.az