Azyaşlını oğurlayan qadına 12 il cəza – TƏLƏBbackend

Azyaşlını oğurlayan qadına 12 il cəza – TƏLƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Xırda Babayevanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses fevralın 11-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il avqustun 13-də Sumqayıt sakini Aysel Əhmədova Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, azyaşlı uşaqları ilə birlikdə parkda olarkən 2 aylıq qızı Aylin tanımadığı qadın tərəfindən oğurlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.

İnterpress.az