Azərbaycanda şagird qızdırmadan öldü – YENİLƏNİBbackend

Azərbaycanda şagird qızdırmadan öldü – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10 yaşlı uşaq Bakıya aparılarkən yolda vəfat edib.

Bu barədə TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, 11 yanvar 2020-ci ildə, saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən Rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib.

Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. 12 yanvar 2020-ci ildə saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Valideynləri tərəfindən Bakıya aparılarkən yolda ölüb.

Faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi araşdırma aparır.

11:09

Balakən rayonunda azyaşlı oğlan vəfat edib.

Publika.az xəbər verir ki, Balakən şəhər sakini, Tural Mahatovun 10 yaşlı oğlu Turan qəfil ölüb. Belə ki, azyaşlının qızdırması yüksəlib və tibbi müdaxilə nəticəsiz olub.

Qeyd edək ki, Turan orta məktəbin dördüncü sinfində oxuyurdu.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az