Hazırda Ukraynada vəzifədə olan Saakaşvili bir il sonra tərəfdarları ilə parlament seçkilərində iştirak edəcəyini deyib.
İnterpress.az xəbər verir ki, eks-prezident tərəfdarlarının Gürcüstanda çevriliş hazırlaması barədə məlumatları təkzib edib: “Biz hakimiyyətə seçki yolu ilə qayıdacağıq. Hazırda Gürcüstanda fəlakət baş verir. Hazırki hakimiyyət ölkəni yoxsulluq həddinə gətirib”.
Qeyd edək ki, Gürcüstan prokurorluğu Ukraynaya müraciət edərək Saakaşvilinin ekstradasiyasını tələb edib.
İnterpress.az