Avtomobil qaçıranlar Salyanda tutuldubackend

Avtomobil qaçıranlar Salyanda tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini N.Qardaşxanov şəhər ərazisindən VAZ-21015 markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətində bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Ələt-Astara yolunda hərəkətdə olması müəyyənləşdirilib. Nəqliyyat vasitəsi Dövlət Yol Polisi postunda süni tıxac yaradılmaqla saxlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş A.Musazadə və sərnişinləri – Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov, Xocavənd rayon sakini T.Haqverdiyev Salyan Rayon Polis Şöbəsinə təhvil veriliblər.

Avtomobilə baxış zamanı “Vinçester” markalı silah və bir baş qoyun aşkarlanaraq götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

İnterpress.az