Söyün Sadıkovun qardaşının hesabları dondurulub?backend

Söyün Sadıkovun qardaşının hesabları dondurulub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buna həmin şəxslərin öz kapitallarının mənşəyi barədə məlumat verməmələri səbəb olub. İnterpress.az xəbər verir ki, bu barədə məlumatı vəkil Georgio Velle “Deutsche Welle” dərgisinə müsahibəsində bildirib.

Vəkili bildirib ki, söhbət yüzlərlə insandan gedir. Onların əksəriyyətinin İspaniyadakı kapitalının mənşəyi məlum olmadığından hələlik hakimiyyətin bu qərarı ilə razılaşmalı olublar.

İnterpress.az-a daxil olan məlumata görə, hesabı dondurulan şəxslər arasında azərbaycanlı oliqarx Söyün Sadıkovun qardaşı da var. Söyün Sadıkovun kiçik qardaşı Barselona ətrafında oliqarxa məxsus olan villada ailəsi ilə bərabər yaşayır.

Söyün Sadıkov İnterpress.az-a açıqlamasında qardaşının hesablarının dondurulmasından məlumatsız olduğunu deyib. Həmçinin qeyd edib ki, rusiyalıların hesablarının dondurulması barədə qərar İspaniyanın xeyrinə deyil.

Elnarə
İnterpress.az