Britaniyada parlament buraxıldıbackend

Britaniyada parlament buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, Downing Street-də danışan David Cameron deyib ki, o, \”ölkəni dəyişmə\” prosesini başlayıb və bunu \”başa çatdırmaq\” istəyir.

Baş nazir iqtisadiyyatın bərpa olunmasını davam etdirmək və \”güclü liderlik\” göstərmək üçün seçiciləri onu hakimiyyətdə saxlamağa çağırıb.

O, müxalif Leyboristlər partiyasının lideri Ed Milibandın \”iqtisadi xaos\” yarada biləcəyi barədə xəbərdarlıq edib.

Daha əvvəl cənab Miliband demişdi ki, David Cameronun rəhbərlik etdiyi Mühafizəkarlar partiyasının Aİ üzrə siyasəti Britaniya bizneslərini \”açıq-aşkar təhlükə\” altında qoyur.

Cənab Cameron çıxışını, Buckingham Sarayında Kraliça II Yelizaveta tərəfindən qəbul olunandan sonra edib. Bu, mayın 7-də keçiriləcək seçkilərə qədər onunla Kraliça arasında sonuncu belə görüş sayılır.

Təhlilçilərə əsasən bu il baş tutacaq seçkilərin nəticələrini proqnozlaşdırmaq xüsusilə çətin olacaq.

İnterpress.az