İnterpress.az xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Jan Fransua Şarpantye erməni mətbuatına müsahibəsində deyib.
Səfirin sözlərinə görə, prosesinə şəxsən Fransa prezidenti Fransua Olland cəlb olunub: “Razılaşdırılan qərarlar və qlobal saziş kontekstində Madrid prinsiplərinə əməl edilməlidir. Status-kvo qəbuledilməzdir. Rusiya və ABŞ-la birlikdə vasitəçilik missiyamızı davam etdiririk. Lakin Ermənistan prezidentinin də bildirdiyi kimi, münaqişənin həlli açarı İrəvan və Bakıdadır. Biz yalnız vasitəçiyik”.
İnterpress.az