Qüdsi Osmanov: “Ermənilərdən üzr istəməmişəm”backend

Qüdsi Osmanov: “Ermənilərdən üzr istəməmişəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Qüdsü Osmanov sözügedən tədbirdə digər yüksək qonaqlar, o cümlədən Rusiya Dövlət Dumasının deputatları, tanınmış nüfuzlu idman xadimləri ilə birlikdə prezidiumda əyləşdiyini deyib: “Digər çəki kateqoriyaları üzrə yarışlarda birinci yer tutan idmançının təmsil etdiyi dövlətin himni səsləndirildiyi zaman prezidiumda əyləşən qonaqlar və bütün digər iştirakçılar ayağa qalxırdı. Təbii, bizim idmançımızın məğlubiyyəti məni məyus etdi. Hətta yanımda əyləşən keçmiş sambist, tanınmış siyasi-ictimai xadim Aslanbek Aslaxanov Bəxtiyar Abbasovun layiqli döyüşçü olduğunu vurğulayaraq, təəsüf etdi ki, Bəxtiyar uduzdu. Nəticədə bizim idmançımız 3-cü yer, erməni idmançı isə 1-ci yer tutdu. İdmançılar mükafatlandırılmaq üçün meydana dəvət olunarkən mən prezidiumu tərk etdim.
Tədbirdən sonra ziyafətdə bir çox nüfuzlu qonaqlar mənə yaxınlaşıb Bəxtiyar Abbasovun erməni himni səslənən zaman oturduğunu danışdılar və mənim oranı tərk etməyəyimi gedib Bəxtiyara məsləhət verməyim kimi giymətləndirdilər. Cavab olaraq onlara söylədim ki, idmançını görmədim və mənim oranı tərk etməyim və onun hərəkəti aramızda razılaşdırılmamışdır. Həmçinin söylədim ki, o ki qaldı Ermənistan dövlətinə, bu dövlət və onun rəhbərliyi azərbaycan xalqına qarşı böyük cinayətlər törədib, aqressor dövlət olaraq 20% torpaqlarımızı işğal edib, 1 milyon qaçqınlarımız doqma yerlərindən didərgin düşüb, 100 il ərzində Qərbi Azərbaycandan doğma yurdlarından planlı şəkildə azərbaycanlılar qovulub və azərbaycan torpaqları ərazisində Ermənistan dövləti yaradılıb. Həmçinin onlara Xocalı soyqırımını xatırlatdım. BMT-nin Təhlükəsizlik Şurasının hələ də 4 qətnaməsinin yerinə yetirilmədiyini, Rusiyanın erməni-azərbaycan münaqişəsinin həlli yolunda apardığı cəhdləri erməni tərəfi puça çıxartdığını qarşı tərəfə söylədim. Sonda qeyd etdim ki, himn hər bir ölkənin rəsmi simvoludur, Ermənistanın isə Azərbaycana qarşı aqressor dövlət olmasını nəzərə alaraq, mən oranı tərk etdim”.

Qüdsi Osmanov üzr istəmək məsələsini erməni KİV-nin növbəti uydurması adlandırıb: “Sözü gəlmişkən, bu gün xalqımız bütün dünyada, o cümlədən biz səfirliyimizdə, 31 mart ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım gününü geniş şəkildə qeyd edirik”.

İnterpress.az