Bu gün Bakı vaxtı ilə saat 12:36-dan etibarən ölkənin böyük bir qismində elektrik enerjisi kəsilib.
Başda İstanbul olmaqla, Ankara, İzmir, Antalya, Marmara bölgəsi, Eskişehir, Kütahya, Bilecik, Bursa, Kocaeli, Adana, Adıyaman, Batman, Karaman, Karabük, Mardin, Trabzon, Aydın, Artvin, Edirne, Düzce, Diyarbakır, Kars, Muğla, Erzurum, Tekirdağ, Sinop, İzmir, Adana, Isparta, Burdur, Bitlis, Yozgat, Sivas, Kayseri, Çanakkale, Konya, Gaziantep, Hatay, Kırşehir, Dənizli, Kahramanmaraş, Uşak, İzmit, Tunceli, Zonguldak, Elazığ, ve Samsunda kəsinti meydana gəlib.
Elektrik enerjisinin kəsintisi bir çox sahədə işi iflic edib. İstanbulda metro, tramvay və Marmaray səfərləri dayandırılıb. Atatürk Havalimanında sərnişinlərin metroya getməmələri ilə bağlı xəbərdarlıq edilib. Metro girişləri bağlanılıb.
İçəridə olanlar isə təxliyyə edilib.
Enerji nazirliyindən verilən məlumata görə, son 15 ildə belə problem yaşanmayıb. “Ana xətt olaraq bilinən böyük xətlərdə nasazlıqlar var. Səbəblər araşdırlır. Nasazlığın Ege bölgəsindən qaynaqlandığı istisna deyil. Problemin aradan qaldırlması üçün bütün qüvvələr səfərbər edilib\”.
İnterpress.az