İstanbulda prokuroru girov götürdülər – FOTObackend

İstanbulda prokuroru girov götürdülər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, DHKP-C (Devrimci Halk Kurtuluş Partisi-Cephesi) adlı marksist-leninçi terror təşkilatının 2 üzvü prokuror M. S. Kirazın Çağlayan Ədliyyə Sarayının 6-cı mərtəbəsində yerləşən kabinetinə girib. Onların yaxşı qorunan binaya silahla necə daxil olduqları hələlik bəlli deyil. Terrorçular prokurorun başına silah tuşlayaraq tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə, onu öldürəcəklərini bildiriblər. Tələblər aşağıdakılardır:

– Berkin Əlvanı öldürən polislərin canlı yayına çıxarılaraq cinayəti etiraf etmələri,

– Həmin polislərin \”xalq məhkəməsi\”ndə mühakimə olunması,

– Berkin Əlvanla bağlı keçirilən etiraz aksiyalarında saxlanılan, barəsində cinayət işi açılan bütün şəxslərin üzərindən ittihamın götürülməsi, işdən çıxarılanların bərpası,

– Aksiyanı həyata keçirən terrorçuların Ədliyyə Sarayından sərbəst çıxmalarına şərait yaradılması.

Olayı əks etdirən fotolar terrorçular tərəfindən internetə yerləşdirilib. Hadisədən sonra binanın giriş və çıxışları polis tərəfindən nəzarətə götürülüb. Xüsusi təyinatlılar əməliyyata hazırlaşır.

Qeyd edək ki, M. S. Kiraz Gəzi hadisələri zamanı 14 yaşlı Berkin Əlvanın öldürülməsi ilə bağlı cinayət işini aparan prokurordur.

İstanbulda prokuroru girov götürdülər - FOTO

İnterpress.az