Biləsuvar və Mingəçevirdə yanğın baş veribbackend

Biləsuvar və Mingəçevirdə yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az FHN-ə istinadən xəbər verir ki, Mingəçevir şəhərində vətandaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli kürsülü evin 2 otağının tavanı və dam örtüyü 63 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın isə Biləsuvar şəhərində baş verib, vətandaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı köməkçi tikilidə olan sayı məlum olmayan cücələr tüstüdən tələf olub. Bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın saat 17:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az