“WhatsApp”dan daha bir yenilikbackend

“WhatsApp”dan daha bir yenilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu funksiya messencerə səsli və videozənglər təklif edən “LINE”, “Skype” və “Viber” kimi xidmətlərlə rəqabət aparmağa imkan verəcək.

İstifadəçilər “WhatsApp”ın yeni mobil tətbiqinə quraşdırılmış \”zənglər\” funksiyasının köməyi ilə öz kontaktlarındakı istənilən nömrəyə zəng edə bilərlər. Əgər zəngi qəbul edən tərəf mobil tətbiqin son versiyasını quraşdırmayıbsa, bu problem deyil. Həm “Wi-Fi”, həm də mobil şəbəkələr vasitəsilə səsli zəng etmək olar.

Hazırda “WhatsApp” messencerində səsli zənglər rəsmi olaraq yalnız “Android” telefonlar üçün əlçatandır.

Xatırladaq ki, “WhatsApp” messencerinin aktiv istifadəçilərinin sayı 700 milyonu ötüb. Aktiv auditoriya dedikdə ayda ən azı bir dəfə “WhatsApp” messencerindən istifadə edənlər başa düşülür.

İnterpress.az