Bir neçə avtomobil cərimə meydançasına aparılıb.
Buna etiraz edən avtomobil dayanacağında işləyən gözətçi Cəlilabad rayon sakini 1979-cu il təvəllüdlü Niyaməddin Fərəcov Füzuli 53-də yerləşən evakuator xidmətinin ofisinə gələrək avtomobillərin evakuatorla götürülməsinə irad bildirib.
Gözətçi üzərinə benzin töküb yandırıb.
N.Fərəcov 3-cü dərəcəli yanıq xəsarəti ilə 5 saylı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. ( qafqazinfo.az )
İnterpress.az