Bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin müdiri Aydın İsmiyev bu gün keçirilən mətbuat konfransında deyib.
\”Ola bilər, hansısa turizm obyektinə müraciət edən turistlərin sayı çoxdur və özəl müəssisə qiymətdə hər hansı dəyişiklik edə bilər. Amma bu o demək deyil ki, qiymət artımı bütün mehmanxanalara və otellərə şamil olunur\”, – deyə A. İsmiyev qeyd edib.
Şöbə müdiri əlavə edib ki, artım yalnız \”Getmə turizmi\” sahəsində ola bilər: \”Bunun da sadə səbəbi var ki, xaricdə otel sifariş edəndə bizim vətəndaşlar dollar və avro ilə hesablaşırlar. Azərbaycanda qiymət artımının olmaması sərfəli olduğundan turistlərin cəlb olunmasına səbəb ola bilər\”.
İnterpress.az