İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, binadakıları çölə çıxaran adamlar 7 mərtəbəli binanın ən üst mərtəbəsindəki iki pəncərə şüşəsini qırıb və üzərində qılınc motivinin də olduğu bir Türkiyə bayrağı asıb. Hadisə yerinə cəlb edilən çox sayda polis ətrafda təhlükəsizliyi nəzarətə götürüb. Hadisə yerində bir təcili yardım da hazır gözlədilir. Bir fəal zaman-zaman pəncərəyə yaxınlaşaraq kütləyə üzü tutub danışır. Hadisə yerinə xüsusi hərəkat polisi də cəlb edilib. Xüsusi hərəkat polisləri binaya girir. İçəridə neçə adamın olduğu hələ təyin olunmayıb.
AK Parti İlçe Binasına Silahlı Baskın by haberler
İnterpress.az