Şəhər sakini, 1968-ci il təvəllüdlü Mətanət Cəlil qızı Cəmilova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya çatdırılıb.
Tibbi yardım göstərilsə də, vəziyyəti ağır olaraq qalır.
Məlumata görə, M. Cəmilova bir müddət əvvəl dünyasını dəyişmiş, İmamzadə qəbiristanlığında dəfn edilən oğlunun məzarı üstündə sirkə turşusu içərək özünü öldürmək istəyib.
Faktla bağlı Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır. ( apa )
İnterpress.az