Balıqçı gəmisi batdı: 54 ölü – VİDEO – YENİLƏNİBbackend

Balıqçı gəmisi batdı: 54 ölü – VİDEO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

3 azərbaycanlı xilas olundu

Rusiyaya məxsus “Dalniy Vostok” traulerində xilas olunan 56 nəfərin adları açıqlanıb.

Xilas olunanlar arasında gəmi heyətindəki azərbaycanlılardan 3-ü də var. Bunlar M. Talıbov, İ.Sadıqov və F.Abdullayevdir.

***

Batan gəmidəki azərbaycanlı heyət üzvlərinin kimliyi açıqlandı

“Dalniy Vostok” traulerinin heyət üzvləri arasında olmuş azərbaycanlılar aşağıdakı şəxslərdir:

Matroslar

F.Abdullayev
M.Səfərov
İ.Sadıqöv

4-cü mexanik M.Talıbov

ustalar Y.Əliyev

E.Əliyev
A.Rəhimov

***

Oxot dənizində batan gəmidə azərbaycanlılar da olub.

Aprelin 1-də gecə saatlarında Oxot dənizində batan “Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında azərbaycanlılar da olub.

Gəminin batması barədə məlumat Moskva vaxtı ilə saat 23.39-da alınıb. Maqadan şəhərindən 300 km aralıda batan gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilir. Onlardan 117-si sudan çıxarılıb. 54 nəfər ölüb, 15 balıqçının taleyi hələlik bəlli deyil.

Xilas olunanlar donma nəticəsində ağır, bəziləri isə çox ağır vəziyyətdədir.

Heyət üzvləri arasında neçə nəfər azərbaycanlının olduğu və onların adları hələlik açıqlanmayıb.

***

Nəticədə 54 nəfər ölüb, 63 balıqçı xilas olunub, 26 nəfər itkin düşüb. İnterpress.az Rusiya mətbuatına isitnadən bildirir ki, artıq sudan 40-dan çox balıqçının cəsədi çıxarılıb.

Gəmidə ümumilikdə 132 nəfər olub ki, onlardan da 54-ü əcnəbilərdir. Əcnəbilərin arasında Myanma, Ukrayna, Litva vətəndaşları var. Ekipajın 78 üzvü rusiyalıdır.

Gəmi aprelin 2-nə keçən gecə Oxot dənizi sularında batıb.

Hadisə anidən baş verdiyindən gəmi heyəti SOS siqnalı verməyə imkan tapmayıb.


İnterpress.az