Bu ölkəyə gedəndə sabun və tualet kağızı götürünbackend

Bu ölkəyə gedəndə sabun və tualet kağızı götürün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Merida ştatının rəhbərliyi turistlərə müraciət edərək özləri ilə sabun və tualet kağızı götürməyi xahiş edib.

Turizm Palatasının rəhbəri Heraro Montilyenin sözlərinə görə, ştatda adıçəkilən mallar tapılmır. Problemi həll etmək üçün ştatın turizm təşkilatları rəhbərliklə görüş tələb ediblər. Lakin ştat rəhbərliyi problemin həllinin mümkün olmadığını bildirərək görüş təklifini qəbul etməyib.

Qeyd edək ki, son zamanlar Venesuelada bəzi məhsulların qıtlığı başlayıb ki, prezident bunda müxalifəti və iş adamlarını günahlandırıb.

İnterpress.az