Görüşdə Gürcüstanın müdafiə naziri Mindia Canelidze, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz iştirak edirlər. Görüşü ev sahibi olan Gürcüstanın müdafiə naziri Mindia Canelidze açıb və nazirləri salamlayıb.
Görüş jurnalistlər üçün qapalı keçirilir.
Tərəflər arasında üçtərəfli və ikitərəfli danışıqlardan sonra mətbuat konfransı keçiriləcək. ( apa )
İnterpress.az