Təslim olan erməni əsgərin atası oğluna haqq qazandırdıbackend

Təslim olan erməni əsgərin atası oğluna haqq qazandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Artur Qriqoryan oğlunun ailədə problemlər olması səbəbindən Azərbaycan tərəfə keçməsi barədə yayılan məlumatları təkzib edib.
Bildirib ki, oğlunun bu səbəbdən hərbi hissəni tərk etməsi barədə deyilənlər həqiqətə uyğun deyil: “Andranik bir qızı sevirdi. Mən etiraz etdim, Andranikə dedim ki, o, bizə uyğun deyil, çünki ali təhsillidir. Problem bu olub. Ancaq Andranik bir dəfə hərbi hissədən evə qəzəbli halda gəlmişdi. Deyirdi ki, ona əziyyət verirlər, incidirlər. Andranik dözülməz vəziyyətə düşdüyü üçün döyüş mövqeyini tərk etdi və getdi\”.

Qeyd edək ki, A. Qriqoryanın özü hərbi hissədə döyüldüyü, incidildiyi üçün Azərbaycan tərəfə təslim olduğunu bildirib.

Xatırladaq ki, erməni silahlı bölmələrinin 1991-ci il təvəllüdlü müqaviləli hərbi qulluqçusu Andranik Araratoviç Qriqoryan bu il martın 22-də saat 13:50 radələrində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçərək, könüllü olaraq ordumuza təslim olub.

İnterpress.az