Bu il ilk dəfə olaraq ödənişlərin idarədə qəbul olunmasına icazə verilmir.
Ödənişlər sənəd qəbulundan əvvəl “Azərbaycan Beynəlxalq Bankı\” ASC-nin Səbail rayonu, Hacı Zeynalabdin Tağıyev küçəsi-3 ünvanında yeləşən mərkəzi filalında Həcc ziyarəti ilə bağlı QMİ adına açılmış hesaba köçürülməlidir. Məhz bu hesaba ödənişlər köçürüldükdən sonra Həcc ziyarəti ilə bağlı QMİ-də sənədlər qəbul oluna bilər. Ödənişlərlə bağlı bu dəyişikliyin səbəbi ilə bağlı açıqlama verilməyib.
Xatırladaq ki, bu il Həcc ziyarəti ilə bağlı ödənişlər manatla yox, ABŞ dollar ilə qəbul olunur. Bu il də zəvvarlara ziyarət iki formada təklif olunacaq. Daha yaxşı şəraitli hotellərdə qalmağı, daha çeşidli yeməklərin verilməsini, o cümlədən 4 nəfərlik otaqlarda yerləşdirməni nəzərdə tutan variantın qiyməti 5750 dollar, nisbətən ucuz şəraitli hotellərdə, 6 nəfərlik otaqlarda qalmağı nəzərdə tutan variantın qiyməti isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla ziyarət təşkil edilməyəcək.
İnterpress.az