Bakı metrosunda da iş saatı dəyişəcəkbackend

Bakı metrosunda da iş saatı dəyişəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Modern.az-a açıqlamasında Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

O qeyd edib ki, istər qatarlarda, istərsə də stansiyalarda yeniliklər aparılır, sərnişin sıxlığı da nəzərə alınır: “Bütün stansiyalarda xarici qonaqları nəzərə almaqla yeni monitorlar quraşdırılır. Həmin monitorlarda istiqamətlər iki dildə, Azərbaycan və ingilis dillərində olacaq. Təhlükəsizlik tədbirləri maksimum həddə çatdırılacaq. Ehtiyat qatar və avadanlıqlar hazır olacaq.

Oyunların keçiriləcəyi ərəfədə orta məktəblərdə, ali təhsil ocaqlarında dərslər başa çatacağından qış qrafikindən yay qrafikinə keçiləcək, nəticədə sərnişinlərin sayı xeyli azalacaq. Buna baxmayaraq, oyunlara getmək istəyən sərnişinlər də nəzərə alınmaqla sərnişindaşımanın öhdəsindən layiqincə gələcəyimizə əminik”.

Nəsimi Paşayev bildirib ki, iş rejimində də müəyyən dəyişikliklər ediləcəyi gözlənilir:

“Metronun işə başlama saatında da dəyişiklik edilməsi səsləndirilən təkliflər arasındadır. Təkliflərdən biri də metronun səhər saat 6-da deyil, 5-də işə başlamasıdır. Təbii ki, bu haqda rəsmi qərar olarsa, metropoliten bu işin öhdəsindən layiqincə gəlmək iqtidarındadır”.

“Oyunlar ərəfəsində metropolitendə tibbi xidmətin göstərilməsi mümkündürmü” sualına cavab olaraq mətbuat xidmətinin rəhbəri deyib ki, metropolitendə sərnişinlər üçün nəzərdə tutulan xüsusi tibb xidməti yoxdur:

“Biz hər zaman lazımi anlarda təcili tibbi yardımın köməyindən istifadə edirik. Bu işlə əlaqədar qurumlar məşğul olur. Avropa Oyunları ərəfəsində tibbi xidmətin göstərilməsi də yəqin ki, əlaqədar qurumlar tərəfindən nəzərdə tutulub və bunun hansı ərazilərdə və sahələrdə olacağı barədə dəqiq məlumatım yoxdur.

Təbii ki, ilkin yardım üçün bizim bütün stansiyalarımızda ləmazimatlar və bu sahə üzrə təlimatlandırılmış əməkdaşlarımız var. Ancaq məsələ burasındadır ki, bütün hallarda xəstəyə lazımi müdaxiləni təcili tibbi yardım və daha sonra ixitisaslaşmış qurumlar etməlidir.

Stansiyalarda ticarət köşklərinin açılması məsələsinə gəlincə, hazırda “Nərimanov”, “Gənclik” və “İnşaatçılar” stansiyasında işlər davam edir”.

Bakıda I Avropa Oyunları yunun 12-28-də keçiriləcək.

İnterpress.az