Qonağı Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun geniş tərkibdə görüşü olub.
İnterpress.az