Hacı Nuran I Avropa Oyunlarının elçisi elan olundubackend

Hacı Nuran I Avropa Oyunlarının elçisi elan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nuran Hüseynov xeyriyyəçilik mövzusunda televiziya verilişləri vasitəsilə sağlam həyat tərzinin təbliği üçün gördüyü işlərlə daha çox Hacı Nuran kimi tanınır. İdmana böyük marağı var və 13 il üzgüçülüklə, 2 il şahmatla məşğul olub.

Nuran Hüseynovun komandaya qatılması ilə “Bakı-2015”in mədəniyyət sahəsindən seçilən Ulduz Elçilərinin sayı 15-ə çatdı.

Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015”in baş icraçı direktoru Azad Rəhimov Nuran Hüseynovu Birinci Avropa Oyunlarının son Ulduz Elçisi kimi salamlamaqdan məmnun olduğunu bildirib: \”Nuran Azərbaycanda tanınmış jurnalistlərdəndir və öz tamaşaçılarının böyük rəğbətini qazanıb. O, Ulduz Elçi olaraq “Bakı-2015”in dəyərlərini təbliğ etməyə kömək edəcək. Nuran “Bakı-2015” komandası üçün layiqli sima və mükəmməl seçimdir”.

Nuran Hüseynov müğənnilər Tünzalə Ağayeva, Röya, Miri Yusif, “Avroviziya” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal, aktyorlar Bəhram Bağırzadə, Rafael və Coşqun, Tahir və Cabir İmanovlar, musiqiçi DJ Shock, eləcə də, tanınmış aparıcılar Murad Dadaşov, İlkin Həsəni və Azər Qəribdən sonra növbəti Ulduz Elçi oldu.

Nuran Hüseynov seçim haqqında deyib: “İlk Avropa Oyunlarının Ulduz Elçisi seçildiyim üçün qürur hissi duyuram. İdman hər zaman məni ruhlandırıb, idmanın insanları bir araya gətirməyə və sağlam həyat tərzini təlqin etməyə yardımçı olduğuna inanıram.

Çətinlikləri dəf etmək həyatın bir hissəsidir və idmançılar həyatlarının hər gününü fədakarlıq və öhdəliklə yaşayırlar. Gəncləri idmana cəlb etmək üçün çalışacağam, burda iştirak etməyin yarada biləcəyi imkanları və digər üstünlükləri təbliğ edəcəyəm”.

Ulduz Elçilər proqramı Birinci Avropa Oyunları haqqında məlumatları ulduzların məşhurluğundan istifadə edərək, onların çağırışı iləAzərbaycan və Avropadakı tamaşaçı kütləsinə çatdırmağa “Bakı-2015”ə şərait yaradır.

Proqramın iştirakçıları arenalara gedərək, geri sayım tədbirlərində iştirak etməklə kampaniyalara dəstək verərək və şəxsi sosial media kanallarından istifadə edərək Oyunları milyonlarla izləyici arasında təbliğ etməyə kömək göstərirlər.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək \”Bakı-2015\” Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə ilk dəfə keçiriləcək çox maraqlı və innovativ yarışlar olacaq.

\”Bakı-2015\” Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Yarışlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On iki idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, сüdo və voleybol daxildir.

Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

İnterpress.az