Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.
O, qeyd edib ki, İzmirdə inşa olunan “STAR” neft emalı zavodunda və ərazidəki dəniz limanında tikinti işləri prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yüksək keyfiyyətlə və qrafik əsasında aparılır.
R.Abdullayev deyib ki, İzmirdə inşa olunan, cari ilin sentyabrında istifadəyə veriləcək dəniz limanı Türkiyədə ən nəhəng liman olacaq: \”2018-ci ilin aprelində “STAR” neft emalı zavodu işə düşəndən sonra isə SOCAR Türkiyədə nəhəngliyinə görə iki şirkətdən biri olacaq\”.
İnterpress.az