Keniyada silahlılar Universitetə basqın ediblərbackend

Keniyada silahlılar Universitetə basqın ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarissa şəhərindəki universitet şəhərciyinə hücum vaxtı daha 65 nəfər xəsarət alıb.

Girov götürülmuşlərin sayı qeyri-üməyyən qalır, hökumət üzvü bildirib.

Qoşunlar şəhərciyi mühasirəyə alıblar və atışma davam edir.

Şahidlər maskalı adamların hara gəldi atəş açdıqlarını bildirirlər. Qurbanların sayının arta biləcəyi istisna edilmir.

Hücum edənlərin islamçı əş-Şəbab qruplaşmasına aid olduqları bildirilib.

Əl-Qaidənın tərkibinə daxil olan qrupun sözçüsü deyib ki, girov götürülmüş tələbələri müsəlman və qeyri-müsəlmanlara ayrırıblar. Bundan sonra 15 müsəlman tələbə azad edilib.

Xəbər verilir ki, qərargahları qonşu Somalidə yerləşən silahlılar Keniyada tez-tez basqın həyata keçirirlər.

Keniya Qırmızı Xaç təşkilatının məlumatına görə girov götürülmüş tələbələrdən 50-si azad edilib. Lakin girovlquda neçə adamın qaldığı naməlumdur, AFP xəbərlər agentliyi bildirir.

Tələbələrdən 27-nin qaça bildiyi xəbər verilir.

İnterpress.az