Bu bitkilərin Azərbaycana gətirilməsi qadağandırbackend

Bu bitkilərin Azərbaycana gətirilməsi qadağandır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bununla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə yeni maddələrin əlavə olunması müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.

Komitə sədri Eldar İbrahimov layihələr barədə məlumat verərək əvvəlcə Cinayət Məcəlləsinə əlavə edilən 200.2-ci (Genetik modofikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi) maddə barədə məlumat verib.

Bildirilib ki, maddənin birinci hissəsinə əsasən, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə – bilə idxal etmə, satma- bu əməllər xeyli miqdarda törədildikdə 3 min manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Maddənin ikinci hissəsinə əsasən isə, “Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etmə 4 min manatdan 6 min manata qədər cərimə və ya 3 il azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Maddənin üçüncü hissəsinə əsasən isə yuxarıda göstərilən əməllər külli miqdarda törədildikdə 7 min manatdan 9 min manata qədər cərimə və ya 5 ilədək azadlqıdan məhrum etmə ilə cəzalandırılacaq.

Maddənin dördüncü hissəsinə görə isə, yuxarıda göstərilən əməllər bu maddə ilə bağlı artıq bir dəfə məhkum edilmiş şəxs tərəfindən törədildikdə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılacaq.

İnzibati Xətalar Məcəlləsinə də eyni məzmunda əlavə edilir. Məcəlləyə əlavə edilən 228-2 maddədə bildirilir ki, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə – bilə idxal edilməsinə və ya satılmasına az miqdarda yol verilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olmuş bitkilər, bitki materialları və yeyinti məhsulları müsadirə edilməklə onların dəyərinin 80 faizindən 100 faizinədək miqdarda cərimə edilir. Yeni maddənin qeyd hissəsində isə izah olunur ki, burada “az miqdar” dedikdə min manatadək olan dəyər başa düşülür.

Müzakirələrdən sonra layihələ qəbul olunaraq plenar iclasa tövsiyə olunub.

İnterpress.az