Prezident “AİTF 2015” sərgisi ilə tanış olubbackend

Prezident “AİTF 2015” sərgisi ilə tanış olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib ki, “AITF-2015” sərgisi çərçivəsində dünyanın 42 ölkəsini təmsil edən, ümumilikdə, 371 şirkət tərəfindən 80-dək turizm istiqaməti nümayiş olunur. Sərgidə öz milli səyahət büroları və səfirliklərinin dəstəyi ilə Argentina, Bolqarıstan, İran, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Malayziya, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya, Tailand, Türkiyə və digər ölkələrdən 17 milli qrup iştirak edir. Milli stendlər arasında debütant ölkə Maldiv Adalarıdır. İştirakçıların 60 faizi xarici, 40 faizi isə yerli şirkətlərdir. Eksponentlər arasında turoperatorlar, milli turizm təşkilatları, otel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və SPA mərkəzləri, idman və ekoloji turizm obyektləri var.

“AITF-2015” sərgisində Azərbaycanın turizm imkanları da geniş təqdim olunur. Gəncə, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan, Qəbələ, Qax, Quba, Zaqatala, Xaçmaz, Şəki və digər rayonlar respublikamızın turizm potensialını nümayiş etdirir. Sərgidə ənənəvi olaraq qonaqları regionun tarixi-mədəni irsi ilə tanış edən Qarabağ stendi də təqdim olunur.

“HOREX Caucasus” sərgisi ilə tanışlıq zamanı isə bildirilib ki, yaxın gələcəkdə ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədar mehmanxana, restoran, idman kompleksləri və biznes mərkəzlərinin intensiv tikintisi reallaşdırılır.

Diqqətə çatdırılıb ki, “CIBS-2015” II Xəzər Beynəlxalq kater və yaxtalar sərgisinin iştirakçıları arasında isə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, “Arcadia Marine House”, Azərbaycan Üzgüçülük Federasiyası, “Baku Marine Service”, “Regal Boats”, “Seagull Caspian” və digər şirkətlər yer alıblar.

Prezident İlham Əliyev sərginin işinə uğurlar arzulayıb.

İnterpress.az