Müsavat Divanının üzvü: “Vurğun Əyyub partiyadan çıxarılmalıdır”backend

Müsavat Divanının üzvü: “Vurğun Əyyub partiyadan çıxarılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının üzvü Vəfa Cümşüdlü deyib.

V. Cümşüdlü bildirib ki, Müsavat Məclisinin 4 aprel toplantısında Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması məsələsi qaldırılacaq: “Çünki Vurğun Əyyub indiyə kimi bütün açıqlamalarında Məclisi tanımadığını bəyan edib. Özünə hörmət edən hər bir Məclis üzvü həm Nizamnamə pozuntusuna görə, həm də Məclisə hörmət olaraq Vurğun Əyyubun Məclisdən çıxarılmasına səs verməlidir”.

O, V. Əyyubu Müsavata qarşı fəaliyyətdə ittiham edərək, onun partiyadan çıxarılmasını təklif edib: “Mən hesab edirəm ki, Müsavata qarşı Vurğun Əyyubun Qubad İbadoğlundan da artıq fəaliyyəti olub. Fikrimcə, Qubad İbadoğlu görünən tərəfdir, bütün proseslərin arxasında Vurğun Əyyub dayanır. Müsavatın qurultayından sonra baş verəcək prosesləri hələ Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında Vurğun Əyyub bildirimişdi, komitə üzvləri də buna şahiddir. Yəni, Müsavatda baş verənlər planlı şəkildə gedən prosesdir”.

İnterpress.az