Milli Məclisdə mübahisə düşdübackend

Milli Məclisdə mübahisə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında insan alveri ilə bağlı məsələnin müzakirəsi zamanı çıxış edərkən deyib.

Onun fikirləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun etirazına səbəb olub. Z.Əsgərov bildirib ki, deputatlara müraciət olunub: “Niyə çıxış etmədiniz? Mən sizin əlinizi də, səsinizi də görmədim. Torba atmaq lazım gələndə müraciət edirsiniz, ancaq belə məsələrdə təkid etmirsiniz”.

Çıxışına davam edən Fazil Mustafa deyib ki, deputatlara bu qədər sayğısız yanaşmaq olmaz:
“Biz sizin müzakirələr üçün 5 dəqiqəlik vaxtın verilməsi fikrinizlə razılaşdıq. Bəs, biz bura dinləmək üçün gəlmişiksə, onda sakitcə dinləyək, səsimizi verək, çıxaq gedək. Mənim insan alverilə bağlı çox ciddi təkliflərim var idi. Burada söhbət kimisə tənqid etməkdən getmir.

Müzakirəyə yazılan deputatlara imkan yaradın, yaxud bütün hesabatları və bu barədə məlumatları birləşdirərək bir iclasda verək getsin. Belə məclismi olar? Heç olmasa deputatların rəyini də soruşun”.

Ziyafət Əsgərov deputatın fikirlərinə bir daha etiraz edib: “Sizin irad bildirməyə hüququnuz var. Amma çıxışınızda məntiq yoxdur. Mən deputatlara müraciət etdim ki, təkid edən var? Təkcə Elmira Axundova təkid edib fikirlərini söylədi. Digər müzakirəyə yazılanlar çıxışdan imtina etdi. Bu nə deməkdir? Mətbuat burda oturub deyə populistlik lazım deyil. Mən dəfələrlə müraciət etdim ki, kimin təklifi varsa desin”.

İnterpress.az