Bu tarixdə müsəlmanların sayı xristianlara çatacaqbackend

Bu tarixdə müsəlmanların sayı xristianlara çatacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, müsəlmanların sayı 2050-ci ildə xristianların sayına yaxınlaşacaq. Pev Araşdırma Mərkəzinin araşdırmalarna görə, müsəlmanların sayı digər dinlərə ibadət edənlərə nisbətən daha sürətlə artır.

2010-ci ilin rəqəmlərinə görə, dünyada xristianların sayı 2,3 milyard olmaqla ümumi əhalinin sayının 31 faizini təşkil edir. Müsəlmanlar isə 1,6 milyard olmaqla 23 faizdir.

Təxminlərə görə, 2050-ci ildə müsəlmanların sayı 2,8 milyarda çatacaq. Xristianların sayı isə bu zaman 2,9 milyard təşkil edəcək.

2010-cu ildə sayı 13 milyon 860 min olan yəhudilərin sayında da artım gözlənilir – 16 milyon 90 min.

İnterpress.az