Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, həbs qərarına ölkə ərazisindəki 400 daşınmaz əmlak obyekti və torpaq sahələri düşüb.
Hüquq-mühafizə orqanları həmçinin “Admiral” Ticarət Mərkəzinin əsas icarədarı olan “Zarya” ASC-nin direktor müavini Gülhüseyn Nəcəfovu saxlayıblar. Ona qarşı “İki və daha çox adamın ölümünə səbəb olan və təhlükəsizlik qaydalarına cavab verməyən xidmətlərin göstərilməsi” maddəsi üzrə cinayət işi açılıb.
“AS Menecment” şirkətinin Direktorlar Şurasının sədri, milyarder Andrey Syomin isə axtarışa verilib.
İstintaqın versiyasına əsasən icarədarlar binadan ticarət kompleksi qismində qeyri-qanuni istifadə ediblər.
Xatırladaq ki, Kazanda yerləşən “Admiral” Ticarət Mərkəzində yanğın martın 11-də baş verib. Yanğın 4 min kv. m-lik ərazini əhatə edib. Hadisə zamanı xeyli sayda ölən və yaralanan olub. Dağıntılar altından çıxarılan 17 nəfər ölüb, 70 nəfər yaralanıb.
İnterpress.az