Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 102 abonenti olan Maşadqanlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 15 005 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 102 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
39 abonenti olan Qarabağlı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumilikdə 4150 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 39 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
İnterpress.az