Əraziyə 5 yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, 2 mərtəbəli klub hazırda fəaliyyət göstərmir. İlkin məlumata görə, müəyyən yaşayış yeri olmayan şəxslər binanın birinci mərtəbəsində gecələyir. Onların qızınmaq məqsədilə binada qaladığı ocaq yanğına səbəb olduğu ehtimal olunur.
İnterpress.az