İnterpress.az xəbər verir ki, İranın ali rəhbəri ayətullah Əli Xameneyinin müşavirlərindən Hüseyn Şəriətmədari deyib ki, İran bu razılaşma ilə \”öz yəhərli atını üzəngisi qırıq ata dəyişib\”.
Bu da qeyd edilməlidir ki, İranla Qərb arasında imzalanmış \”çərçivə razılaşmasını\” İsrail də tənqid edir.
Baş nazir Benyamin Netanyu deyib ki, bu razılaşma ilə İsrailin ən pis yuxuları gerçəkləşib.
Lakin prezident Barack Obama İranın nüvə proqramını məhdudlaşdıran razılaşmanı dünyanı daha salamat bir yer edəcək “tarixi anlaşma\” kimi salamlayıb.
İntensiv danışıqlar nəticəsində əldə edilmiş çərçivə razılaşması sanksiyaların mərhələli ləğvi müqabilində Tehranın nüvə silahı əldə etməsinin qarşısını almalıdır.
İran və dünyanın 6 gücü indi bu razıalşmanı yekunlaşdırmalıdır.
Xəbər verilir ki, adamlar bu razılaşmanı İranın küçələrində bayram ediblər, lakin İsrail bildirib ki, saziş onun mövcudiyyətini təhlükə altına alır.
“Bu, İranın potensial nüvə bombasına bütün çığırlarını bağlayan uzunmüddətli razılaşmadır” – deyib ABŞ prezidenti.
“Əgər İran cığallıq eləsə, dünya bunu biləcək” – deyib Obama. O, əlavə edib ki, saziş etimada, lakin həm də “misilsiz təftiş şərtinə” əsaslanır. Prezident vurğulayıb ki, “əgər biz razılaşmanı yekunlaşdıra bilsək, təhlükəsizliyimizə ən böyük hədələrdən birini aradan qaldırmış olacağıq”…
Əldə olunmuş razılaşmanın “parametrlərinə” görə İran nüvəni zənginləşdirmək üçün sentrifuqlarını bomba istehsal edə biləcək həddən üçdə iki hissə qədər ixtisar etməlidir.
Bununla yanaşı, Tehran atom elektrik stansiyanı elə bir şəkildə yenidən qurmalıdır ki, burada nüvə silahı istehsal etmək mümkün olmasın.
İran həmçinin uranı 3, 67 faizdən çox zənginləşdirməməyi öhdəsinə götürüb.
ABŞ dövlət katibi John Kerry deyib ki, uranı “beşikdən qəbirə kimi” izləməyə imkan verən texnologiyalar mövcuddur.
Yekun sazişin hazırlanması üçün iyunun 30-dək möhlət müəyyən edilib.
İnterpress.az