Xarici İşlər Nazirliyi aprelin 4-də yaydığı məlumatda bildirir ki, səfirlik bunun üçün Rusiya tərəfi ilə əlaqələndirməni davam etdirir.
Bir neçə azərbaycanlının artıq Rusiya təyyarəsi ilə Yəməndən təxliyə edildiyini xatırladan nazirlik bunun üçün bu ölkəyə təşəkkürünü bildirib. «Texniki məsələlər və uçuş icazələri hazır olan kimi Türkiyə də təyyarə vasitəsilə Azərbaycan vətəndaşlarının təxliyəsinə köməklik göstərəcəyini bildirib», – nazirliyin məlumatında deyilir.
Yəməndə 20-dək Azərbaycan vətəndaşı vardı. Onların əksəriyyəti birgə nikahda olan şəxslərdir. 7 nəfər Azərbaycan vətəndaşı Yəməndə də akkreditasiya olunmuş Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyində konsulluq qeydiyyatından keçib.
Xarici İşlər Nazirliyi bildirir ki, Yəməndəki hadisələr ilə əlaqədar 2015-ci ilin fevralından Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin internet səhifəsində «qaynar xətt» işə salınıb.
İnterpress.az