Kevin Bollaert UGotPosted.com və changemyreputation.com saytlarının sahibi olub.
Səhifələrin birində intim görüntü və şəxsi məlumatların yerləşdirilməsi, digərində isə 300 dollar ödəniş müqabilində onların yığışdırılması təklif olunub.
Müttəhim qurbanların razılığı olmadan intim şəkillərin sayta yerləşdirildiyini etiraf edib.
Lakin 28 yaşlı sahibkar görüntülərin səhifəyə istifadəçilər tərəfindən göndərildiyini bildirir.
Onun vəkili deyib ki, açıq-saçıq görüntüləri internetə yükləməyə icazə vermək \”insan zəifliyi\”ndən yararlanan biznes olsa da qanuna zidd deyil.
Şəkillərin internet səhifəsində dərc olunması nəticəsində bəzi zərərçəkənlərin şəxsi əlaqələri pozulub, işini itirən olub. Bir halda isə Kevin Bollaert-in fəaliyyəti intihar cəhdinə səbəb olub, ittiham tərəfi bildirir.
Qisas pornosu bəzi hallarda könüllü çəkilsə də, internetə qurbanların razılığı olmadan yerləşdirilir. Bəzən görüntülər oğurlanmış da ola bilər.
İnterpress.az